Şriftin ölçüsü :

Saytın rəngi :

11.12.2025-ci il tarixdə “Narkomaniyaya qarşı mübarizə” və “Sağlam həyat tərzinin təbliği” mövzularında maarifləndirmə tədbiri keçirilib

11 dekabr 2025 | 17:13

Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Təhsil sektorunun birgə təşkilatçılığı, 1 saylı məktəb-liseyin, şəhər 2, 3 nömrəli və Gəlmə kənd tam orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin, müəllimlərin, valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı mübarizə”, “Erkən nikahın mənfi təsirləri” mövzularında görüş keçirilib. Çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, erkən nikahların fəsadlarından, uşaqların və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən, təhsilin önəmindən bəhs ediblər. Tədbirdə qeyd olunan mövzulara dair video çarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər