Zərdablı kümçülər cari mövsümdə daha yüksək nəticələr əldə etmək əzmindədirlər
Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda xeyli iş görülmüşdür.
Rayon üzrə 2016-cı ildə 5710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq, 2019-cu ildə 71 ton 539 kq, 2020-ci ildə 61 ton 635 kq barama tədarük edilmişdir.
Zərdablı kümçülərdən 3 nəfəri 2-ci dərəcəli, 1 nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir. Kümçülər cari mövsümdə daha yüksək nəticələr əldə etmək əzmindədirlər. Rayonda ipəkqurdlarını bəsləmək üçün kifayət qədər yem bazası da vardır.
2021-ci ilin məhsulu üçün Qax Damazlıq İpəkçilik stansiyasından 1550 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı və Aparatın digər vəzifəli şəxsləri mütəmadi olaraq rayon ərazisində barama qurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olur, barama qurdlarına baxış keçirir və onların yemlə təminatının vəziyyəti ilə maraqlanırlar.
Kümçülərə barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyə və tapşırıqlar verilir.