“ƏMƏK YARMARKASI” TƏŞKİL OLUNDU
Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı cənab Lütvəli Babayevin sərəncamı ilə rayonda “Əmək yarmarkası”nın təşkili və keçirilməsi ilə əlaqədar işçi qrupu yaradılmış və müvafiq tədbirlər planı təsdiq edilmişdir. Yarmarkanın keçirilməsi ilə əlaqədar “Əkinçi” qəzetində elanlar dərc edilmiş, rayonun müxtəlif yerlərində yarmarkanın keçirilməsi barədə əhali arasında maarifləndirmə işləri aparılmışdır.
19 sentyabr 2013-cü il tarixdə Zərdab Rayon Mədəniyyət Evinin foyesində “Əmək yarmarkası” təşkil edilib. Yarmarkada iştirak edən Zərdab Rayon İHB-nın birinci müavini Allahverdi Səfərov son illər ölkəmizdə, eləcə də rayonumuzda yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlərdən danışıb, bu sahədə əmək yarmarkasının rolunu yüksək qiymətləndirib. O, yaramarkaya müraciət edən işaxtaranlara uğurlar arzulayıb.
Yarmarkaya 101 qulluqçu, 23 fəhlə, 28 xidmət vəzifələri olmaqla 24 müəssisədən 152 boş iş yeri çıxarılıb. Onlardan 143 boş iş yeri 15 dövlət müəssisəsindən, 9 boş iş yeri isə 8 özəl müəssisədən toplanıb. “Əmək yarmarkası”nda 48 nəfər işaxtaran müvafiq işlə təmin olunub. İşlə təmin olunanlar əmək yarmarkasının təşkilinə görə ölkə rəhbərinə minnətdarlıq ediblər.
Yarmarkada Dövlət Məşğulluq Xidmətinin məsul işçisi Rəşad Əsgərli iştirak edib.