Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva rayonun Əlvənd və Otmanoba kəndlərində səyyar qəbul keçirib

03 iyun 2021 | 16:00

Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva Zərdaba növbəti səfəri çərçivəsində rayonun Əlvənd və Otmanoba kəndlərinin sakinləriylə səyyar qəbul keçirib. Qəbulda  ağsaqqallar,  ziyalılar, fərdi təsərrüfatçılar, müəllimlər və s. iştirak etmişdir. Qəbul sırasında kənd ağsaqqalları Jalə Əliyevaya kənd sakinləri ilə görüşə gələrək, onların problemləriylə yaxından maraqlandığına görə təşəkkürlərini bildiriblər. Qəbulda Dağlıq Qarabağ münaqişəsi, 44 günlük əzmli müharibəmiz, beynəlxalq münasibətlər kontekstində Azərbaycan həqiqətləri geniş müzakirə edilib. Görüş iştirakçıları qələbəmizin ən böyük təminatçısı olan ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını, böyük sevgi və ehtiramlarını ifadə ediblər. Kənd sakinləri inşa edilməkdə olan Əlvənd-Otmanoba yolunun onlara böyük sevinc bəxş etdiyini bildiriblər. Deputat, kənd sakinlərinə sağlam dövlətçilik mövqeləri, vətənpərvərlikləri üçün təşəkkür edib.

https://www.facebook.com/DeputyofAzerbaijanOfficial/posts/333997231473297

Keçidlər