Zərdab rayonunda barama tədarükü üzrə proqnoz tapşırığa artıqlaması ilə əməl edilib
Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda xeyli iş görülmüşdür. Rayon üzrə 2016-cı ildə 5710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq, 2019-cu ildə 71 ton 539 kq, 2020-ci ildə 61 ton 635 kq barama tədarük edilmişdir. 2021-ci ilin məhsulu üçün Qax Damazlıq İpəkçilik stansiyasından 1550 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanmışdır. Rayon üzrə proqnoz tapşırıq 62 ton nəzərdə tutulmuşdur.
30 may 2021-ci il tarixdə rayon üzrə barama təhvilinə başlanılmış, proqnoz tapşırığa artıqlaması ilə əməl edilmişdir. Belə ki, bu günədək rayon üzrə ötən ildəkindən 3 ton 16 kq çox olmaqla 64 ton 651 kq barama tədarük edilmişdir.