88 və 89 yaşlı Zərdab sakinlərinə peyvənd vurulub
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində bütün bölgələrdə olduğu kimi Zərdab rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir. Bu günədək 18 yaşdan yuxarı rayon sakinlərinin 35 faizə qədəri vaksinasiya prosesində iştirak edib.
Bu gün rayonun Gödəkqobu kənd sakinləri, 1932-ci il təvəllüdlü Əhədova Meyxanım İbad qızına və 1933-cü il təvəllüdlü Əhədov İslam Əsgər oğluna peyvənd vurulub. Sakinlər özlərini normal hiss etdiyindən onlar evə buraxılıb.
Özümüzün, yaxınlarımızın və ətrafımızdakı insanların sağlamlığını düşünərək rayon əhalisini vaksinasiya prosesində fəal iştirak etməyə çağırırıq.