Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdablı şəhid mayorun doğum günü qeyd olunub

30 iyun 2021 | 16:00

30 iyun 2021-ci il tarixdə Gəlmə kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, mayor Hüseynov Rəhim Qədir oğlunun doğum günü qeyd olunub. Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidin ailə üzvləri iştirak ediblər.
İlk olaraq Gəlmə kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub,  önünə gül dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə açaraq qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Bu şanlı Qələbədə vətənpərvər gəncliyimizin də böyük payı oldu. Qəhrəman övladlarımız şəhid oldu, yaralı qazilərimiz doğma el-obaya qalib döyüşçülər kimi vüqarla qayıtdılar. Bu Qələbəmizin qazanılmasında canından keçən igid vətən övladlarından biri də şəhid mayor Hüseynov Rəhim Qədir oğludur.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin rəisi Asif Əhədov şəhidimizin zəfər yolu haqqında məlumat verərək Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynovun 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdiyini və oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olaraq İkinci Fəxri Xiyabanda dəfn olunduğunu bildirib. Vətən müharibəsində şəhid olmuş Rəhim Hüseynovun atası Qədir Hüseynov, anası Həqiqət Hüseynova və digər çıxış edənlər Rəhim Hüseynovla bağlı xatirələrini bölüşərək şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.

Keçidlər