Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA AÇIQ ƏYLƏNCƏLİ FUTBOL MƏKTƏBİ İŞƏ BAŞLAYIB

25 sentyabr 2013 | 15:00

22 sentyabr 2013-cü il tarixdə Gəlmə kənd tam orta məktəbində AFFA-nın və Zərdab Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Acıq Əyləncəli Futbol Məktəbinin açılışı  təşkil olunub. AFFA-nın dəstəyi ilə reallaşan bu layihənin əsas məqsədi ölkəmizdə uşaq futbolunun inkişafına dəstək vermək və azyaşlıların futbola marağını artırmaqdır.

100-dən çox uşağın iştirak etdiyi tədbirdə əvvəlcə bütün iştirakçılara futbol maykaları, futbol papaqları və.s idman əşyaları təqdim olunub.

Sonra Acıq Əyləncəli Futbol Məktəbinin proqramına əsasən 18-20 avqust 2013-cü il tarixlərdə Oğuz şəhərində keçirilmiş seminarında iştirak etmiş 8 nəfər müəllim bir çox idman hərəkətlərini və müxtəlif oyunları uşaqlara çatdırıb.

3 saatdan artıq davam edən tədbir uşaqların və valideynlərin böyük sevincinə səbəb olub.
 

Keçidlər