İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə
2021-ci il iyulun 1-i vəziyyətinə rayon üzrə muzdla işləyənlərin sayı 5515 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 4355 nəfər, qeyri-dövlət sektorunda isə 1160 nəfər təşkil etmişdir.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 66,4 faizi xidmət sahəsində, 17,0 faizi ticarət sahəsində, 9,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 5,0 faizi sənaye sahəsində, 1,8 faizi isə tikinti sahəsində məşğul olmuşdur.
Rayonda muzdla işləyənlərin çox hissəsi yəni 66,4 faizi xidmət sahəsinin payına düşür. Xidmət sahəsində işləyənlərin 56,5 faizi təhsil, 14,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 11,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4 faizi peşə, elmi və texniki fəaliyyət, 9,5 faizi istirahət, əyləncə və incəsənət, 1,6 faizi informasiya və rabitə, 0,4 faizi maliyyə və sığorta fəaliyyəti, 0,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.
2021-ci ilin yanvar-iyun ayları ərzində iqtisadiyyatda muzdla işləyənlərin оrta aylıq nominal əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 0,9 faiz artaraq 427,1 manat olmuşdur.
Maliyyə və sığorta fəaliyyəti , elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.
Zərdab Rayon Statistika İdarəsi