Zərdabda heyvandarlıq inkişaf etdirilir
Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub. Hazırda rayonda (01 iyul 2021-ci il vəziyyətinə) 54848 baş iri buynuzlu, 114989 baş xırda buynuzlu heyvan var. 01 iyul 2021-ci il tarixə ət istehsalı 20675,0 sentner, süd istehsalı 122379,0 sentner, yumurta istehsalı 4904,0 min ədəd, yun istehsalı 1631 sentner olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 6 sentner, süd istehsalı 27 sentner, yumurta istehsalı 1 min ədəd, yun istehsalı 1 sentner artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2021-ci ilin yanvar-iyun ayları ərzində 2110 baş inək və düyələrdə süni mayalanma aparılmış, 1234 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.
Zərdab Rayon Statistika İdarəsi