Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda rayondan olan Vətən müharibəsi iştirakçılarına dövlət təltifləri təqdim olunub

03 avqust 2021 | 16:00

03 avqust 2021-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin təşkilatçılığı ilə Zərdab rayonundan olan Vətən müharibəsi iştirakçılarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib. Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu böyük fədakarlıq, qəhrəmanlıq nümunəsi göstərərək Ermənistan ordusunu darmadağın etdi və işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu yolda xalqımız şəhidlər verdi, yüzlərlə müharibə iştirakçısı yaralandı, sağlamlığını itirdi. İcra başçısı bildirdi ki, Vətən müharibəsində böyük, tarixi qələbənin qazanılmasına Zərdab rayonu da öz töhfəsini verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisində qismən səfərbərlik elan etməsi barədə sərəncamına uyğun olaraq rayonumuzun 452 nəfər sakini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsində qeydiyyatdan keçərək Vətən müharibəsinə yola düşüblər. Bütün istiqamətlərdə gedən döyüşlərdə gənclərimiz böyük qəhrəmanlıq və şücaət nümayiş etdiriblər. Bu müharibədə rayonumuz 8 şəhid verib, yüzlərlə yaralananımız olub. Respublika Prezidentinin sərəncamı ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş yüzlərlə zərdablı Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif edilib. Şəhidlərimizin adı əbədiləşdirilərək küçələrə adları verilib, xatirələrinə abidələr ucaldılıb, bulaqlar tikilib və bu istiqamətdə işlər bu gün də davam etdirilir. İcra başçısı Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlara və şücaətə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmiş bütün zərdablıları ürəkdən təbrik edib, onların ailələrinə belə vətənpərvər qəhrəman övlad tərbiyə edib yetişdirdiklərinə görə minnətdarlığını bildirib. Sonda bir qrup Vətən müharibəsi iştirakçılarına dövlət təltifləri təqdim olunub.

Keçidlər