Şriftin ölçüsü :

Saytın rəngi :

DƏKKƏOBA KƏNDİNƏ MAVİ YANACAQ VERİLDİ

28 sentyabr 2013 | 15:00

27 sentyabr 2013-cü il tarixdə Zərdab rayonun Dəkkəoba kəndinə mavi yanacağın verilməsi münasibətilə açılış mərasimi keçirilib.  Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Araz Ağayev, kənd ictimaiyyəti, ağsaqqallar iştirak ediblər.

Tədbirdə bildirilib ki, ümumilikdə 288 abonenti olan kəndin qazlaşdırılması məqsədilə 27600 p/m uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 288 sayğac və fərdi tənzimləyici quraşdırılıb. 1 ədəd qazpaylayıcı şkaf quraşdırılıb.

Bu, artıq Zərdab şəhər, Qaravəlli, Qoşaoba, Təzəkənd, Dəli Quşçu kəndlərindən, Qumlu və “32 hektar” adlanan yaşayış məntəqələrindən sonra rayonun qazla təmin olunan növbəti yaşayış məntəqəsidir. Hazırda rayonun 9 kəndinə mavi yanacağın verilməsində son tamamlama işləri aparılır. 

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev son illər respublikamızda, o cümlədən rayonumuzda görülən işlərdən danışıb. Natiq  bölgələrimizin, o cümlədən də Zərdabın sürətlə inkişaf etdiyini qeyd edib,  qazlaşmanın əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirib, kənd sakinlərini bu münasibətlə təbrik edib.

Çıxış edənlər ölkə rəhbərinə rayonumuzun inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər