Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda abadlıq-quruculuq işləri davam etdirilir

09 sentyabr 2021 | 16:00

Zərdab şəhəri ərazisində abadlıq və tikinti-quruculuq işləri davam etdirilir.
Azərbaycan küçəsi istiqamətində səkilərin yenidənqurma işlərinə başlanılmışdır. Burada 5400 kv.metr sahəyə dekorativ tamet tavalar vurulması və 2270 metr beton bardyurun düzülməsi nəzərdə tutulmuşdur. Hazırda səkilərə 1200 kv.metr tamet tavalar vurulmuş, 500 metr uzunluğunda bardyurlər düzülmüşdür. İşlər sürətlə və keyfiyyətlə  aparılır.
Dədə Qorqud küçəsi boyunca işıqlandırma sistemi qurulmuş, ərazidə 1260 metr məsafədə 37 ədəd müasir işıq dirəkləri basdırılmış, küçənin gecə işıqlandırılması təmin edilmişdir.

Keçidlər