Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA AHILLAR GÜNÜ QEYD EDİLDİ

02 oktyabr 2013 | 15:00

Bu gün Zərdabda 01 Oktyabr Beynəlxalq Ahıllar Günü Rayon İcra Hakimiyyəti və Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşəbbüsü ilə qeyd olunub. Hazırda Zərdab rayonunda ahıl yaşlı insanların sayı 2000 nəfərdən çox olmaqla, 80-100 yaşlı insanların sayı 888 nəfər, 100 yaşdan yuxarı insanların sayı isə 9 nəfərdir.

Tədbir iştirakçılarından Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının baş məsləhətçisi Şövqi Qafarov, Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Canpolad Vəliyev, “Əkinçi” qəzetinin müxbiri Tərlan Abdullayeva bir qrup tənha ahılın evlərində onlarla görüşmüş, təbrik etmiş və onlara hədiyyələr vermişlər. Ahıllar onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
 

Keçidlər