27 sentyabr – “Anım günü” ilə əlaqədar Zərdabda silsilə tədbirlər davam etdirilir
27 sentyabr - “Anım günü” ərəfəsində 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin məzarları Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əmək kollektivləri, ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunmuş, ruhuna dualar oxunmuş, onların ailələri ilə görüşlər keçirilmişdir. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər haqqında məlumat vermişdir. Şəhid ailələrinə, qazilərə dövlət qayğısından danışan Mərdan Camalzadə şəhid ailələri tərəfindən qaldırılan istənilən problemə dövlət qurumları, vətəndaşlar və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıqla yanaşıldığını qeyd etmişdir. Qəhrəman övladlar yetişdirdiklərinə görə şəhidlərin valideynlərinə minnətdarlıq edilmiş, onların əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağı diqqətə çatdırılmışdır.
Bu istiqamətdə tədbirlər davam etdirilir.