Millət vəkili Jalə Əliyeva Zərdabda 8 kəndin sakinləri ilə görüşdü
Millət vəkili Jalə Əliyev təmsilçisi olduğu Zərdab rayonuna səfər edib, seçiciləri, rayon sakinləri ilə görüşüb. Millət vəkili günün birinci yarısında rayonumuzun Xanməmmədli, Hüseynxanlı və Məmmədqasımlı kəndlərində olub, seçicilərlə açıq havada səyyar qəbul keçirib. Millət vəkili seçiciləri dinləyib, onları düşündürən və narahat edən məsələlərlə maraqlanıb, qaldırlan məsələlərin həlli istiqamətində müvafiq qurumlarla birlikdə addımlar atıb. Günün ikinci yarısında isə millət vəkili Zərdabın başqa kəndlərində görüşlərini davam etdirib, belə ki, rayonun Dəkkəoba, Böyük Dəkkə, İsaqbağı, Gəndəbil, Ağabağı kəndlərində səyyar qəbul keçirilib. Seçicilərinin problemlərini və təkliflərini dinləyən deputat bir sıra məsələləri yerindəcə həll edib. Müraciət etmiş digər seçicilərdən isə aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb. Deputat seçicilərin ona ünvanladığı bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.