Heydər Əliyev Fondunun vəsaiti hesabına Gəlmə kəndində tikilmiş həkim məntəqəsinin binasının açılışı olub
18 oktyabr Dövlət Müstəqilliyinin bərpası günü münasibətilə Zərdab rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə təşkilat rəhbərləri əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra Heydər Əliyev Fondunun vəsaiti hesabına Gəlmə kəndində tikilmiş həkim məntəqəsinin binasının açılışı olub. Açılış mərasimindən əvvəl rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri Gəlmə kəndindəki şəhidlərin xatirə abidəsini ziyarət edib, onların ruhuna dualar oxunub.
Həkim məntəqəsinin binasının açılışında çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə öncə tədbir iştirakçılarını və bütün rayon ictimaiyyətini bayram münasibətilə təbrik edib və respublikada gedən quruculuq abadlıq işlərindən danışıb. Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Daha sonra məntəqədə yaradılmış şəraitlə tanışlıq olub.