Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərlə görüş keçirilib

04 noyabr 2021 | 16:00

Vətən müharibəsində qazanılan Zəfərin ildönümü ilə əlaqədar keçirilən tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə, rayon icra hakimiyyətinin əməkdaşları, şəhidlərin ailə üzvləri, qazilər və bir qrup ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə əks hücum əməliyyatına başlayan silahlı qüvvələrimizin 44 günlük vətən müharibəsində şanlı qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini və qəhrəmanlarımızın qanının yerdə qalmadığını bildirib. Qeyd olunub ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunub, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə edilib.
Tədbirdə çıxış edənlər şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rayon icra hakimiyyəti tərəfindən şəhidlərin ailə üzvləri və qazilərə maddi yardım edilib.

Keçidlər