Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA PREZİDENT SEÇKİLƏRİ SEÇİCİLƏRİN YÜKSƏK FƏALLIĞI ŞƏRAİTİNDƏ KEÇDİ

10 oktyabr 2013 | 15:00

92 saylı Zərdab-Ucar seçki dairəsinin Zərdab rayonu ərazisində 9 oktyabr prezident seçkiləri son dərəcə mütəşəkkil, azad və demokratik şəraitdə keçmişdir. Rayon üzrə 42 seçki məntəqəsində səs verən 33074 seçicinin 75 faizə qədəri səsvermədə iştirak etmişdir. Prezident seçkilərini ümumrayon bayramına çevirən zərdablı seçicilərin 83,5 faizi ölkə prezidenti cənab İlham Əliyev namizədliyini dəstəkləmişdir. Bununla da onlar Azərbaycanın və Azərbaycan xalqının daha qüdrətli və daha nurlu sabahına səs vermişlər.

Dövlətimizin başçısı cənab İlham Əliyevin prezident seçkilərində parlaq qələbəsi Zərdabda geniş konsert proqramı və kütləvi şənliklərlə qeyd olunmuş, üzərlərində dövlətimizin və Yeni Azərbaycan Partiyasının bayraqları dalğalanan avtomobil karvanı şəhərin mərkəzi prospekt və küçələrində siqnal verərək qələbə sevincini qeyd ediblər.
 

Keçidlər