Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində qələbənin birinci ildönümü ilə bağlı rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub

05 noyabr 2021 | 16:00

Vətən müharibəsində qələbənin birinci ildönümü ilə əlaqədar Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş  Tədbirlər Planına əsasən Heydər Əliyev Parkında rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin, körpələr evi uşaq bağçalarının, Gənclər və İdman idarəsinin və digər idarə və müəssisələrin əmək kollektivlərinin hazırladığı rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub. Sərgidən öncə rayon rəhbərliyi Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Sonra rəsm və əl işləri sərgisinə baxış keçirilib. Sərgidə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə 44 günlük Vətən müharibəsi haqqında məlumat verib, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müharibədə möhtəşəm qələbə qazanması nəticəsində Qarabağın düşmən tapdağından azad olunduğunu və həmin ərazilərimizdə hazırda sürətlə bərpa işləri aparıldığını diqqətə çatdırıb. Bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd məktəblilərin vətənpərvərlik ruhunda böyüməsinə töhfə vermək, onlara Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun qazandığı Böyük Qələbənin mahiyyətini aşılamaq və xüsusi istedada malik şagirdləri üzə çıxarmaqdır.
Tədbirdə bağça uşaqları vətənpərvərlik və Zəfər mövzusunda şeirlər səsləndirib.
Çıxış edənlər şəhidlərin xatirəsinə göstərilən böyük diqqət və qayğıya görə cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər