Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət

16 noyabr 2021 | 16:00

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 69 nəfərdir. Zərdab rayonunda  01 oktyabr 2021-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2021-ci ilin yanvar-sentyabr  ayları ərzində Zərdab rayonun əhalisinin sayı 116 nəfər və ya 0,2 faiz artaraq 59793 nəfərə çatmışdır. Əhalinin 20,0 faizi şəhər, 80,0 faizi isə kənd yerlərində yaşayır.
2021-ci ilin yanvar-sentyabr ayları ərzində ilkin hesablamalara görə rayonda 338, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur  ki, onların da 15,7 faizi şəhər və qəsəbələrdə, 84,3 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 11,4-dən 7,4-ə qədər azalmışdır. Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 231 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 1 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 5-9 yaşda – 1, 15-19 yaşda - 3, 30-34 yaşda - 1, 40-44 yaşda - 3,  45-49  yaşda - 6, 50-54 yaşda - 11, 55-59 yaşda - 13, 60-64 yaşda - 25, 65-69 yaşda - 24, 70-74 yaşda - 23, 75-79 yaşda – 5, 80-84 yaşda - 49, 85 yaşdan yuxarı - 66 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,5-dən 5,0-a qədər azalmışdır.
Rayon üzrə təbii artım 107 nəfər olmuşdur.
Cari 9 ay ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə  82 nigah və 50 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nigahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,0-dan 1,8-ə qədər düşmüşdür. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə eyni olmuşdur.
2021-ci ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 22 nəfər, rayondan isə 13 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət  9 nəfər  təşkil etmişdir.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər