Şriftin ölçüsü :

Saytın rəngi :

Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

16 noyabr 2021 | 16:00

2021-ci ilin yanvar- sentyabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8760,0 min manat olmuşdur. Xidmətin 38,7 faizi hüquqi şəxslər, 61,3 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 1174,0 min manat, iaşə dövriyyəsinin həcmi 724,0 min manat olmuşdur.
Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər  3391,0 min manat (99,4 faiz dövlət mülkiyyəti, 0,6 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 3358,6 min manatı iri müəssisələrin, 32,4 min manatı isə kiçik müəssisələrin payına düşür.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər