QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ AZTƏMİNATLI AİLƏLƏRƏ YARDIM GÖSTƏRİLİB
16 oktyabr 2013 | 15:00
Zərdab Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi Rayon İcra Hakimiyyəti ilə birgə Müqəddəs Qurban bayramı münasibətilə aztəminatlı ailələrlə, 1-ci qrup əlillərlə və bir qrup tənha ahıllarla görüşüb və bayram sovqatları paylayıb. Görüşlərdə iştirak edən Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Canpolad Vəliyev çıxış edərək bildirib ki, humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban Bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülük ovqatını daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir.