2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi
2021-ci ilin yanvar-sentyabr ayları ərzində pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri real ifadədə 54426,1 min manat olmuşdur. Ticarət dövriyyəsinin 35308,8 min manatını (64,9%) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19117,3 min manatını (35,1%) qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 64,9 faizi ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının, 35,1 faizi geyimlər və ayaqqabıların, elektrik mallarının, avtomobil yanacağının, əczaçılıq və tibbi malların, mebellərin, telekommunikasiya avadanlıqlarının və digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur. 2021-ci ilin yanvar –sentyabr ayları ərzində istehlak məhsullarının 10,2 faizi hüquqi şəxs statuslu müəssisələr, 89,8 faizi fiziki şəxslər tərəfindən satılmışdır.
Zərdab Rayon Statistika İdarəsi