Zərdabda heyvandarlıq inkişaf etdirilir
Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta,yun istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub. Hazırda rayonda (01 oktyabr 2021-ci il vəziyyətinə) 54855 baş iri buynuzlu, 114779 baş xırda buynuzlu heyvan var. 01 oktyabr 2021-ci il tarixə ət istehsalı 33589,0 sentner, süd istehsalı 177785,0 sentner, yumurta istehsalı 6215,0 min ədəd, yun istehsalı 2094.0 sentner olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 7 sentner, süd istehsalı 42 sentner, yumurta istehsalı 1 min ədəd, yun istehsalı 2 sentner artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 3048 baş inək və düyələrdə süni mayalanma aparılmış, 1861 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.
Zərdab Rayon Statistika İdarəsi