2021-ci ilin yanvar-sentyabr ayları ərzində sənaye istehsalı 78,1 % artıb
Zərdab rayon sənayesində 9 ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı və xidmətlərin göstərilməsi 78,1 faiz artaraq 10039,3 min manat olmuşdur.
Dövr ərzində sənaye məhsulunun 55,0 faizi emal sektorunda istehsal olunmuş, göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 40,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,7 faiz təşkil etmişdir
2021-ci ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə emal sektorunda istehsalın həcmi 3 dəfə artmışdır.
Emal sektorunda qida məhsulların istehsalı 94,2 faiz, içki istehsalı 0,1 faiz, tikinti materialların istehsalı 0,8 faiz, hazır metal məmulatların istehsalı 4,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 0,4 faiz təşkil etmişdir.
2021-ci ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 19,8 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,8 faiz artmışdır.
2021-cı ilin yanvar-sentyabr ayları ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı 278 nəfər, оrta aylıq əmək haqqı 477,6 manat olmuşdur. Sənaye sahəsi üzrə çalışanların 40,3 faizi elektrik enerjisi və qazın istehsalı və bölüşdürülməsi sahəsində , 43,2 faizi su təchizatı, tullantıların təmizlənməsi sahəsində, 16,5 faizi emal sənayesində çalışanlardır.
Zərdab Rayon Statistika İdarəsi