Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdablı şəhid Anar Məmmədzadənin vəfatının birinci ildönümüdür

19 noyabr 2021 | 16:00

Bununla əlaqədar Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ailə üzvləri ilə birlikdə şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxunub. Gəlmə kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin də məzarları ziyarət edilib. İcra başçısı Mərdan Camalzadə 44 günlük Vətən müharibəsi haqqında məlumat verib, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdığını, ərazi bütövlüyünmüzü təmin etdiyini və qəhrəmanlarımızın qanının yerdə qalmadığını diqqətə çatdırıb.
Millət vəkili Jalə Əliyeva qələbə ilə nəticələnən vətən müharibəsində qanları ilə tarix yazan Azərbaycan əsgərinin şücaətindən söz açıb. Bildirib ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunub, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Keçidlər