Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva Zərdabda növbəti dəfə seçicilərini qəbul etdi

21 noyabr 2021 | 16:00

Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva Zərdabda Heydər Əliyev Mərkəzində növbəti qəbulunu keçirib. Əvvəlcə Mərkəzin yerləşdiyi Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb. Sonra vətəndaşların qəbulu başlayıb. Qəbulda 40-dan çox müraciət dinlənilib, vətəndaşlar tərəfindən işədüzəlmədə, əlillik dərəcəsinin təyin edilməsində, sosial müavinətlərin verilməsində yaranan problemlər, zəbt edilmiş örüş torpaqları, müayinə və müalicəyə kömək,  qəzalı vəziyyətdə olan evin təmiri, məhkumluqda olan şəxsin əfv edilməsi ilə bağlı məsələlər qaldırılıb. Qaldırılan problemlərin bir qismi  qəbul zamanı əlaqədar qurumlarla aparılan telefon danışığı nəticəsində həllini tapıb. Digər məsələlər barədə rəsmi qurumlara yazılı və şifahi müraciət ediləcəyi bildirilib. 

Keçidlər