Şriftin ölçüsü :

Saytın rəngi :

Jalə Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşüb

29 dekabr 2021 | 16:00

"31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə  Zərdab rayonunda və Ucar rayonunun deputatı olduğum Lək, Xələc və  Bərgüşad kəndlərində 13 şəhid ailəsi, 17 qazimiz olmaqla, ümumilikdə 80 müharibə iştirakçısına və onların ailələrinə bayram sovqatlarımızı təqdim etdik. Eyni zamanda qazilərimizi  "Qarabağ uğrunda savaşda Azərbaycanın torpaq bütünlüyü naminə  göstərdiyi şücaətə və igidliyə görə"

Xüsusi Diplomu ilə təltif etdik. Qarşımda, gözlərimin önündə  bir-birindən ləyaqətli, bir-birindən mərd, bir-birindən cəsur, vətənsevər, yurdsevər, qeyrətli 80 sima dayanmışdı. Hərbi geyimli, sinəsi medallı nər kimi oğullar,  bəzisi də əsalı, yaralı... Çox dəyişik duyğular yaşadım... Onlar, bu igidlər beləcə bir ordu kimi bir yerdə, bir arada  həmrəyliyimizin möhtəşəm  nümunəsi kimi dayanmışdılar. Bəli, Böyük Vətən-Azərbaycan uğrunda sinəsini sipər edən oğulların, torpaq naminə bir an belə düşünmədən canından keçənlərin və onların valideynlərinin yanında idik bu gün. Həm sevincli idim, həm üzgün... Özümü o qədər xoşbəxt, o qədər güclü və arxalı hiss edirdim ki... 
Şəhidlərimizin müqəddəs ruhu qarşısında bir daha baş əyirik. Qəhrəman qazilərimizlə,  müharibə iştirakçısı bütün oğullarımızla fəxr edirik. Onlara sonsuza qədər minnətdarıq. 
Biz bu gün, bir daha dövlət-xalq birliyinin, bütövlüyümüzün nə qədər sarsılmaz olduğunu gördük. Bir daha şahidi olduq ki, bu  insanları bir amal birləşdirir-müstəqil və suveren ölkə olan Azərbaycan və bu ölkənin yenilməz, dəmir iradəli, dəmir biləkli Prezidenti cənab İlham Əliyevə olan sonsuz sevgi və ehtiram duyğusu, Vətənə sədaqər andı!
Bu layihənin həyata keçməsində bizə böyük dəstək verən, köməyini əsirgəməyən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə, şəxsən onun rəhbəri, dəyərli millətvəkili həmkarım, əziz dostumuz  Novruzəli Aslanova böyük təşəkkürlərimi bildirirəm. Eyni zamanda təşkilati işlərdə verdikləri əməyə görə Qızıl Ayparanın Zərdab rayon bölməsinin sədri Firuzə xanım Qocayevaya,  köməkçim Firdovsi Eyvazova təşəkkür edirəm."

https://www.facebook.com/DeputyofAzerbaijanOfficial

Keçidlər