Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva Zərdab rayonunda seçicilərini növbəti dəfə qəbul edib

29 dekabr 2021 | 16:00

Milli Məclisin Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva 28 dekabr 2021-ci il tarixdə Zərdab rayonunda seçicilərini növbəti dəfə  qəbul edib. Qəbulda əsasən Vətən müharibəsi iştirakçıları və onların ailə üzvləri iştirak ediblər. Qaldırılan məsələlər daha çox əlilliyin təyin edilməsində müharibə iştirakçılarının qarşılaşdıqları problemlər və işlə təminlə bağlı olub. Müraciətlərin bəziləri haqqında  qəbul sırasında deputat tərəfindən əlaqədar qurumlarla telefon danışığı aparılıb, problemlərin qısa zamanda müsbət həllinin diqqətdə saxlanılmasının vacibliyi nəzərə çatdırılıb. Qaldırılan digər məsələlərin isə deputata vətəndaşlardan yazılı müraciət daxil olduqdan sonra araşdırılacağı və müsbət həlli üçün imkanlar doğrultusunda köməklik göstəriləcəyi bildirilib. Qəbul çox səmimi, mehriban bir ortamda keçib. Qəbula gələnlər, həm keçirilən qəbul, həm də şəhid və qazi ailələrinə verilən bayram sovqatları üçün deputat Jalə Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

https://www.facebook.com/DeputyofAzerbaijanOfficial

Keçidlər