Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr 2022-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı ümumrayon tədbiri keçirilib

12 dekabr 2022 | 14:03

Tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzində anım gününə həsr olunmuş divar qəzetlərindən, rəsm və əl işlərindən, foto və kitablardan ibarət sərgiyə baxış keçirilib. Sonda mərkəzdə Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən video çarx nümayiş olunub.

Keçidlər