Şriftin ölçüsü :

Saytın rəngi :

12 may 2026-cı il tarixdə Körpükənd kənd tam orta ümumtəhsil məktəbində “Narkomaniyaya yox deyək”, “Uşaqlara qarşı zorakılıq yolverilməzdir” mövzusunda görüş keçirilib

12 may 2026 | 18:03

12 may 2026-cı il tarixdə Zərdab rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və Rayon Polis Şöbəsinin əməkdaşları Körpükənd kənd tam orta ümumtəhsil müəssisəsinin yuxarı sinif şagirdləri, müəllimlər və valideynlərlə  görüşüb. Görüşdə çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, son vaxtlar məhz məktəblilərin və gənclərin hədəf olaraq seçilmələrindən bəhs edilmiş, narkomaniyadan qorunmağın yolları şagirdlərə izah olunmuşdur. Həmçinin şagirdləri problemlərin öhdəsindən gələ bilən və həll yolları tapa bilən, məsuliyyətli, özünə güvənən, müstəqil bir fərd olaraq yetişdirmək üçün valideyn və məktəb pedoqoji kollektivinin üzərinə düşən vəzifələrdən danışılmış, təhsilin gələcəyimiz üçün önəmli olduğu qeyd olunmuşdur. Sonda qeyd olunan mövzularda video çarx nümayiş olundu və iştirakçıları maraqlandıran suallar cavblandırıldı.

Keçidlər