Şriftin ölçüsü :

Saytın rəngi :

12 Noyabr – Konstitusiya Günü münasibətilə ümumrayon tədbiri keçirilib

12 noyabr 2025 | 17:38
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri İlkin Əliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə bildirib ki, Bu il “Konstitusiya Günü” əlamətdar bir ilə təsadüf edir. Belə ki, ölkə başçısının 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanıb.
Tədbirdə Rayon Məhkəməsinin hakimi İlqam Həsənquluyev çıxış edərək bildirib ki, 1995-ci il noyabrın 12-də Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması ölkədə Milli Dövlətin formalaşması, milli qanunvericiliyin möhkəmləndirilməsi üçün əhəmiyyətli əsas olmuşdur. Bu gün inamla deyə bilərik ki, Azərbaycan Respublikasının ilk Milli Əsas Qanunu ən demokratik qanunlardan biridir.
Keçidlər