Şriftin ölçüsü :

Saytın rəngi :

12 yanvar 2023-cü il tarixdə Zərdab rayonunda qanvermə aksiyası keçirilib

12 yanvar 2023 | 12:32

Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramına dəstək məqsədi ilə 12 yanvar 2023-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zərdab rayonunda qanvermə aksiyası keçirilib. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları tərəfindən xeyirxah kampaniyaya qoşulanlar lazımi müayinədən keçirildikdən sonra qanvermə aksiyası həyata keçirilib. Aksiyada 300 nəfərdən çox rayon sakini iştirak edib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.

Keçidlər