ZƏRDABDA QURBAN BAYRAMI QEYD EDİLDİ
İslam aləmində müqəddəslik rəmzi sayılan Qurban bayramı ilə bağlı Zərdab rayonunun kənd və qəsəbələrində silsilə tədbirlər keçirilib.
İcra Hakimiyyətinin rəhbərliyi altında 40-dan yuxarı xırdabuynuzlu heyvan kəsilərək şəhid ailələrinə, Böyük Vətən Müharibəsi Veteranlarına, Qarabağ əlillərinə, aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum olmuş uşaqlara, tənha və imkansızlara, ümumilikdə 400-dən çox ailəyə Qurban payları verilib.
16 oktyabr 2013-cü il tarixdə bayram münasibətilə keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev mərasim iştirakçılarını təbrik edib. Milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısından söz açıb. Böyük Vətən Müharibəsi Veteranları və şəhid ailələrinin nümayəndələri çıxış edərək, dövlətimizin milli mənəvi dəyərlərimizə sadiqliyini yüksək qiymətləndiriblər, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq ediblər.