Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyətində videoformatda müşavirə keçirilib

10 fevral 2022 | 16:00

Fevralın 10-da Zərdab Rayon İcra Hakimiyyətində icra başçısı Mərdan Camalzadənin sədrliyi ilə “2021-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” videoformatda müşavirə keçirilmişdir.
Öncə 2021-ci ilin sosial-iqtisadi göstəricilərinə aid stendlərə baxış keçirilib, hesabat məruzəsinə dair video görüntülər nümayiş etdirilib.
İcra başçısı çıxış edərək 2021-ci ildə rayonda görülmüş işlər barədə məlumat vermiş, 2022-ci ildə qarşıda duran vəzifələrin icrası barədə aidiyyəti rəhbər vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Məruzə ətrafında çıxışlar dinlənilmiş, çıxış edənlər rayonda görülən işlərə və həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər