Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə YAP Zərdab rayon təşkilatının yeni sədri İlkin Əliyevi rayon ictimaiyyətinin nümayəndələrinə təqdim edib

11 fevral 2022 | 16:00

Təqdimatda hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və YAP Zərdab rayon təşkilatının ərazi partiya təşkilatlarının rəhbərləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyaları əsasında formalaşan, ölkənin ictimai-siyasi həyatında əvəzsiz rolu olan və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının regionun ən böyük sosial bazaya və siyasi nüfuza məxsus güclü partiya olduğunu bildirib.
M.Camalzadə YAP Zərdab rayon təşkilatının yeni sədri İlkin Əliyevin uğurlu əmək fəaliyyəti, dövlətimizə və dövlətçiliyə sədaqəti, partiyamızın rayon təşkilatının fəaliyyətində yaxından iştirakı barədə məlumat verərək, onun savadlı, eyni zamanda təcrübəli bir gənc kadr olduğunu vurğulayaraq sədr təyin olunması münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.
YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev öz növbəsində çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə, patriyanın sədr müavinlərinə və partiyanın idarə heyətinə ona göstərilən yüksək etimada görə təşəkkür edərək, bu etimadı layiqincə doğrultmaq üçün var gücünü əsirgəməyəcəyini bildirib. O, ümummilli liderimiz Heydər Əliyev tərəfindən  xalqımızın ən çətin günündə yaradılan, ölkəmizin inkişafında əvəzsiz rolu olan və bu gün Müzəffər Ali Baş komandanımızın rəhbəri olduğu, ölkəmizdə və beynəlxalq siyasi arenada böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının sədri vəzifəsinə təyin olunmasının onun üçün çox qürurlu və şərəfli olduğunu bildirib.
Təqdimatda çıxış edən partiya aktivləri və ziyalılar Yeni Azərbaycan Partiyasının uğurları ilə alternativsiz siyasi partiyaya çevrildiyini bildirirərək, İlkin Əliyevi yeni təyinat münasibətilə təbrik edib, bu yolda ona müvəffəqiyyətlər arzulayıblar.

Keçidlər