Şriftin ölçüsü :

Saytın rəngi :

Deputat Jalə Əliyeva Zərdabda seçiciləri ilə növbəti görüşünü keçirib

19 fevral 2022 | 16:00

"Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bu gün Zərdabda növbəti qəbulunu keçirib. Millət vəkili öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstəsi düzüb. Qəbul Heydər Əliyev Mərkəzində baş tutub. Qəbulda 70-dən çox vətəndaş iştirak edib. Səhər saat 9.30-da başlayan qəbul axşam saat 17.30-a qədər davam edib. Qəbulda müxtəlif məzmunlu xahiş və təkliflər səsləndirilib. Vətəndaşların müraciətləri daha çox işə düzəlmədə, özünəməşğulluq proqramında, sosial müavinətlərin, əlilliyin təyin edilməsində mövcud olan problemlərlə, həyətyanı torpaq və əkin sahələrinin verilməsində bələdiyələr tərəfindən yaradılan çətinliklərlə, ev təmiri və tikintisinə, müayinə və müalicəyə kömək və s. məsələlərlə bağlı olub. Qəbula gələn Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyinin üzvləri sağlamlıq, evlə təmin, onlar üçün tikilən evlərin qeydiyyat məsələləri, sahibkarlıq fəaliyyətinə lazımlı şəraitin yaradılması kimi məsələlərdə millət vəkilinin dəstəyini istəyiblər. Qəbul vətəndaşların məmnunluğu şəraitində keçib. Seçicilər, millət vəkilinə onları diqqətlə və səbrlə dinlədiyi və hər zaman əlindən gələn yardımı göstərməyə hazır oldiğu üçün təşəkkürlərini bildiriblər. Qəbula gələnlər,   Jalə Əliyevadan  ölkə başçısı cənab İlham Əliyevə onların sonsuz sevgi və ehtiramlarını çatdırmasını xahiş ediblər.
Qəbulda Zərdab rayon İcra Hakimiyəti başçısının müavini Xəyalə Veyisova, Vətən müharibəsi əlilləri və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, şəhər məşğulluq idarəsinin əməkdaşı Şəhriyar Şükürzadə iştirak ediblər."

https://www.facebook.com/DeputyofAzerbaijanOfficial

Keçidlər