12.06.2025-ci il tarixdə Qaravəlli kəndində “İnsan Hüquqları aylığı” çərçivəsində tədbir keçirilib
12 iyun 2025 | 14:09
Rayonun Qaravəlli kəndində kənd İƏD üzrə nümayəndəliyin və kənd tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirdə çıxış edənlər ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər, bu sahədə qanunvericilik və təsisati baza, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqları, eləcə də “İnsan Hüquqları Aylığı”nın məqsədləri haqqında məlumat veriblər.






