Zərdab rayonunda Xocalı soyqırımının qurbanları dərin hörmət və ehtiramla anılıb
“Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilib, rayon ərazisindəki məscidlərdə dini mərasimlər təşkil olunub. Faciə günü ərəfəsində ictimaiyyət nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, veteranlar, məktəblilər tərəfindən Şəhidlərin xatirə parkında soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib. Rayon Mədəniyyət Mərkəzində Mingəçevir Dövlət Dram Teatrının təqdimatında “Ürəyində arzu tut” adlı tamaşa nümayiş etdirilib.
Soyqırımının 30-cu ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib.
Tədbir ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılıb. Sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş divar qəzetlərindən, rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib, Şəhidlərin Xatirə parkında abidə önünə gül dəstələri qoyularaq şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Saat 17:00-da rayon ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.