Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət

03 mart 2022 | 16:00

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 70 nəfərdir. Zərdab rayonunda  01 yanvar 2022-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2021-ci ilin yanvar-dekabr  ayları ərzində Zərdab rayonun əhalisinin sayı 152 nəfər və ya 0,3 faiz artaraq 59829 nəfərə çatmışdır. Əhalinin 20,0 faizi şəhər, 80,0 faizi isə kənd yerlərində yaşayır.
2021-ci ilin yanvar-dekabr ayları ərzində ilkin hesablamalara görə rayonda 469, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur ki, onların da 17,9 faizi şəhər və qəsəbələrdə, 82,1 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 12,1-dən 7,8-ə qədər azalmışdır.                                                                                                                                                                                       Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 330 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 1 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 1-4 yaşda 1, 5-9 yaşda – 2, 15-19 yaşda - 4, 30-34 yaşda - 1, 40-44 yaşda - 4,  45-49  yaşda - 9, 50-54 yaşda - 14, 55-59 yaşda - 19, 60-64 yaşda - 37, 65-69 yaşda - 35, 70-74 yaşda - 31, 75-79 yaşda – 11, 80-84 yaşda - 79, 85 yaşdan yuxarı - 82 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 7,4-dən 5,5-ə qədər azalmışdır.
Rayon üzrə təbii artım 139 nəfər olmuşdur.
Hesabat dövründə ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə  104 nigah və 64 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nigahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7-dən 1,7-yə qədər düşmüşdür. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə eyni olmuşdur.
2021-ci ilin yanvar-dekabr ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 28 nəfər, rayondan isə 15 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət  13 nəfər  təşkil etmişdir.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər