Şriftin ölçüsü :

Saytın rəngi :

Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

03 mart 2022 | 16:00

2021-ci ilin yanvar-dekabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artaraq 12567,0 min manat olmuşdur. Xidmətin 36,8 faizi hüquqi şəxslər, 63,2 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 1483,0 min manat, iaşə xidmətinin həcmi 1256,0 min manat olmuşdur.
Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər  4623,8 min manat (99,3 faiz dövlət mülkiyyəti, 0,7 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 4576,6 min manatı iri müəssisələrin, 47,2 min manatı isə kiçik müəssisələrin payına düşür.


Zərdab Rayon Statistika İdarəsi

Keçidlər