12.10.2023-cü il tarixdə Dəkkəoba kənd tam orta məktəbində İdeoloji Maarifləndirmə Konsepsiyasına və “2023-2026-cı illər Kommunikasiya Planı”na uyğun olaraq görüş keçirilib
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, Gənclər və idman Sektorunun direktoru Ələkbər Kərimov, Dəkkəoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, təhsil, səhiyyə və mədəni-maarif müəssisələrinin kollektivləri, gənclər, ərazidə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər və kənd sakinləri iştirak etmişdir.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin irsi, Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti, postmüharibə dövründə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi tədbirlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, Azərbaycançılıq, vətənpərvərlik mövzulardan bəhs olunmuş, gənc nəsilin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə marifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.