Şriftin ölçüsü :

Saytın rəngi :

Pərakəndə ticarət dövriyyəsi haqqında

03 mart 2022 | 16:00

2021-ci ilin yanvar-dekabr ayları ərzində pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri real ifadədə  87900,0 min manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 8100,0 min manat və ya 10,2% artmışdır. Ticarət dövriyyəsinin 53231,5 min manatını (60,6%) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 34668,5 min manatını (39,4%) qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 60,6 faizi ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının, 39,4 faizi geyimlər və ayaqqabıların, elektrik mallarının, avtomobil yanacağının, əczaçılıq və tibbi malların, mebellərin, telekommunikasiya avadanlıqlarının və digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur. 2021-ci ilin yanvar–dekabr  ayları ərzində istehlak məhsullarının 9,2 faizi hüquqi şəxs statuslu müəssisələr,  90,8 faizi fiziki şəxslər tərəfindən satılmışdır.


Zərdab Rayon Statistika İdarəsi

Keçidlər