Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda heyvandarlıq inkişaf yolundadır

03 mart 2022 | 16:00

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta,yun istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub.  Hazırda rayonda (01 yanvar 2022-ci il vəziyyətinə) 54862 baş iri buynuzlu, 114818 baş xırda buynuzlu heyvan var. 01 yanvar 2022-ci il tarixə ət istehsalı 43779,0 sentner, süd istehsalı 319632,0 sentner, yumurta istehsalı 8102,0 min ədəd, yun istehsalı 2094.0 sentner olub. 
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2021-ci ilin yanvar-dekabr  ayları ərzində 4220 baş inək və düyələrdə süni mayalanma aparılmış, 2782 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.


Zərdab Rayon Statistika İdarəsi

Keçidlər