Şriftin ölçüsü :

Saytın rəngi :

12.12.2024-cü il tarixdə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

12 dekabr 2024 | 23:30

Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə Yarməmmədbağı kənd tam orta məktəbində müəllim, şagird və valideynlərin iştirakı ilə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, son vaxtlar məhz məktəblilərin və gənclərin hədəf olaraq seçilmələrindən, uşaqların və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən və təhsilin önəmindən bəhs edilib. Tədbirdə qeyd olunan mövzulara dair müzakirələr aparılıb, video çarx nümayiş etdirilib.

Keçidlər