Şriftin ölçüsü :

Saytın rəngi :

2021-ci ilin yanvar-dekabr ayları ərzində sənaye istehsalı 78,9 % artıb

03 mart 2022 | 16:00

Zərdab rayon sənayesində il ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı və xidmətlərin göstərilməsi 78,9 faiz artaraq 13025,9 min manat  olmuşdur.
Dövr ərzində sənaye məhsulunun 55,1 faizi emal sektorunda istehsal olunmuş,  göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 39,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,0 faiz təşkil etmişdir 
2021-ci ilin yanvar-dekabr aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə emal sektorunda istehsalın həcmi təqribən 3 dəfə artmışdır.
Emal sektorunda qida məhsulların istehsalı  94,8 faiz, içki istehsalı 0,1 faiz,  tikinti materialların istehsalı 1,0 faiz, hazır metal məmulatların istehsalı 3,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 0,4 faiz təşkil etmişdir.
2021-ci ilin yanvar-dekabr aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 21,6 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə  16,0 faiz artmışdır.
2021-cı ilin  yanvar-dekabr ayları ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı  273 nəfər, оrta aylıq əmək haqqı 481,8 manat  olmuşdur. Sənaye sahəsi üzrə çalışanların 41,0 faizi elektrik enerjisi və qazın istehsalı və bölüşdürülməsi sahəsində , 44,3 faizi su təchizatı, tullantıların təmizlənməsi sahəsində, 14,7 faizi emal sənayesində çalışanlardır.


  Zərdab rayon Statistika Idarəsi

Keçidlər