Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayon Gənclər Mərkəzində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq təhsilalanlarla görüş keçirilib

04 mart 2022 | 16:00

Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları Murad Həsənov, Tural Nağıyev, Gənclər və İdman idarəsinin rəis əvəzi Əvəz Soltanov, Ağsaqqallar şurasının sədri Rasim Hüseynov, sədr müavini Həsən Abulov, “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli və şəhər 1, 2, 3 saylı məktəblərin şagirdləri iştirak etmişdir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin irsi, cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyəti, Vətən müharibəsində qazanılmış Zəfər, Azərbaycançılıq, vətənpərvərlik, sağlam həyat tərzi və s. mövzulardan bəhs olunmuş, məktəblilərin vətənpərvər ruhda böyüməsi üçün təhsilin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.

Keçidlər