Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə rayon tədbiri keçirilib

05 mart 2022 | 16:00

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Zərdab Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbir iştirakçılarını təbrik edən icra hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə gələcək işlərində onlara uğurlar arzulayıb. Bildirib ki, bu gün cəmiyyətimizdə qadınların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Onlar bütün dövlət strukturlarında layiqincə təmsil olunaraq bacarıq və qabiliyyətlərinə uyğun çalışırlar. Hazırda respublikamızda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Qadınlarımız hətta ən çətin və mürəkkəb işlərdə də uğur qazanmağı bacarırlar. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətinin bu  gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi diqqətə çatdırılıb.  Qeyd olunub ki, Zərdab rayon əhalisinin 49,8 faizini qadınlar təşkil edir. 44 məktəb direktorunun 27-si, “Əməkdar müəllim” fəxri adı almış 10 nəfər müəllimdən 6-sı qadınlardır. Rayonumuzun qadınları rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Tədbirdə Vətən müharibəsi şəhidlərinin anaları, müxtəlif sahələrdə çalışan qadınlar çıxış edərək diqqət və qayğıya görə ölkə başçısına və birinci vitse-prezident Mehriban xanım Əliyevaya   minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid analarına və bir qrup fəal qadınlara hədiyyələr təqdim edilib.

Keçidlər