GƏLMƏ KƏND MƏKTƏBİ 2-Cİ OLDU
18 Oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə 14-18 oktyabr 2013-cü il tarixlərdə Bakı şəhərində keçirilən Respublika Ümumtəhsil Məktəbləri arasında stolüstü tennis növü üzrə açıq birincilikdə Zərdab rayonunun Gəlmə kənd tam orta məktəbinin şagirdləri oğlanlar arasında 2-ci yeri tutublar.
Müstəqillik gününə həsr olunmuş geniş tədbiri giriş sözü ilə məktəbin direktoru Gülağa İsgəndərov açıb. O, bildirib ki, 20-ci ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bu gün Azərbaycan müstəqilliyinin 22-ci ilini yaşayır.
Sonra natiq stolüstü tennis növü üzrə açıq birincilikdə qalib gəlmiş məktəb şagirdlərinə diplom, kubok və medalları təqdim edib.
Sonda şagird və müəllimlər xatirə şəkli çəkdiriblər.